Rezidenturaya qəbul imtahanının II mərhələsində 447 namizəd iştirak edəcək

Rezidenturaya qəbul imtahanının II mərhələsində 447 namizəd iştirak edəcək Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2019/2020-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.
Elm və təhsil
10 İyul , 2019 10:40
Rezidenturaya qəbul imtahanının II mərhələsində 447 namizəd iştirak edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2019/2020-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.

DİM-dən "Report"a verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlayacaq.

İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əslini;

İmtahan gününə müvafiq olan "Namizədin imtahana buraxılış vərəqəsi"ni.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 447 namizəd qeydiyyatdan keçib. Onlardan 299 nəfəri qız, 148 nəfəri oğlandır. 394 namizəd Azərbaycan bölməsinin, 53 namizəd rus bölməsinin, 199 namizəd cari ilin, 248 namizəd isə əvvəlki illərin məzunudur, 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 435, Naxçıvan şəhərində isə 12 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 5 imtahan rəhbəri, 38 zal nəzarətçisi ayrılıb.

Son xəbərlər

Orphus sistemi