Yuxarı
    Bağlamaq

    Rezidenturada boş qalan plan yerlərinə aparılan müsabiqənin nəticələri açıqlanıb

    © Report

    Bakı. 21 sentyabr. REPORT.AZ/ 2018/2019-cu tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə aparılan müsabiqənin nəticələri açıqlanıb.

    Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, müsabiqədə iştirak etmək məqsədilə müsabiqə şərtini ödəmiş 45 namizəd ərizə ilə müraciət edib. Qəbul olmuş 15 namizədin siyahısını təqdim edirik:

    İş nömrəsi Topladığı bal Qəbul olduğu ixtisasın kodu
    228102 112 337116
    228141 101 313245
    228153 112 313359
    228219 106 313261
    228251 103 311682
    228263 99 313472
    228353 96 313489
    228520 100 361124
    228658 101 311511
    228702 102 363117
    228737 123 311869
    228788 97 313489
    228822 102 313245
    228880 104 313334
    228983 97 361181

    Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri 2018-ci il sentyabrın 24-də müvafiq quruma:

    – Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş namizədlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə;

    – Naxçıvan Dövlət Universitetinə qəbul olmuş namizədlər Naxçıvan MR Səhiyyə Nazirliyinə və ya Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28, Bakı Asiya Universitetinin binası) təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

    Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaqdır.

    Səhiyyə Nazirliyinin məlumatı:

    2018/2019-cu tədris ili üçün rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”in istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 24.09.2018-ci il tarixində saat 10:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edərək Nazirliklə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər. Ünvan: Akad. M.Mirqasımov küç. 1A

    Rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.

    Rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:

    - Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın və ya məcburi köçkün statusu almış şəxslər və onların ailə üzvləri – qaçqın və ya məcburi köçkün vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

    - Baza ali tibb təhsili haqqında diplomu;

    - Barici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;

    - Xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

    Rezidenturaya qəbul olan və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçən şəxslərin müvafiq sənədləri təqdim etmək və əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməli olduqları tarixlər barədə əlavə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcəkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi