Yuxarı
    Bağlamaq

    Qəhrəman Ağayev: "Xızıda aşkarlanan məzarlıqda arxeoloji qazıntılar aparılmalıdır"

    Qəbirlər daha qədim dövrlərə aiddir
    © Report.az

    Xızı. 23 avqust. REPORT.AZ/ "Xızı rayonunda aşkarlanan məzarlıqda arxeoloji qazıntılar aparılmalıdır".

    Bunu "Report"un Şimal bürosuna Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev deyib.

    Q.Ağayev bildirib ki, tikinti və ya qazıntı işlərini aparan hər hansı təşkilat arxeoloji materiallar aşkar edərsə, AMEA-ya müraciət etməyə borcludur: "İnsan sümüklərinin aşkar olunduğu ərazilərdə arxeoloji qazıntılar aparılmalıdır. Həmin ərazilərdə aşkarlanan arxeoloji materillar tədqiq olunmalı və öyrənilməlidir. İlkin variantda deyə bilərəm ki, bu qəbirlər müsəlman qəbirləri deyil. Ona görə də güman edirəm ki, aşkarlanan sümüklər İslamdan əvvəlki dövrlərdə yaşayan insanlara məxsusdur. Qəbirlər daha qədim dövrə aiddir.  Mütləq arxeologiya mütəxəssisləri əraziyə baxmalıdır və yerində ətraflı məlumat verilməlidir. Buna görə də AMEA-ya müraciət olunmalıdır ki, mütəxəssislər baxış keçirsinlər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi