Yuxarı

Professor: "Rayonlarda kiril əlifbası ilə yazılmış lövhələr hələ də qalmaqdadır"

Qaynar xəttə ciddi yanaşmaq lazımdır

Bakı. 9 mart. REPORT.AZ/ "Dilçilik İnstitunda yaradılmış "Qaynar xətt" bizim Azərbaycan dilinə münasibətimizi dəyişməlidir". "Report" xəbər verir ki, bunu AMEA Dilçilik İnstitunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli deyib.

O bildirib ki, hər kəs gördüyü, müşahidə etdiyi səhv reklamın, yazının yanından bir vətəndaş kimi keçməməlidir: "Bütün vətəndaşlar ətrafında olan yazılara diqqət yetirməlidir və qüsurlarla bağlı mütəxəssislərə müraciət etməlidir. "Qaynar xətt"ə ciddi yanaşmaq lazımdır. Dili qorumaq ancaq bir qurumun işi deyil, bu, ümummilli məsələdir.

Reklamların dilində qüsurlar var dedikdə ancaq paytaxt anlaşılmamalıdır. Rayonlarda vəziyyət daha bərbaddır. Hətta sovet dövründən qalmış, kiril əlifbası ilə yazılmış lövhələr hələ də qalmaqdadır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi