Səfir: "Polşa universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün imkanlar yaradılmalıdır"

Səfir: "Polşa universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün imkanlar yaradılmalıdır" ​Polşanın Azərbaycana yeni təyin olunan səfiri ADU-da olub
Elm və təhsil
13 Aprel , 2015 14:49
Səfir: Polşa universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün imkanlar yaradılmalıdır

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov Polşanın ölkəyə yeni təyin olunan səfiri Marek Tsalkanı qəbul edib. Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Rektor Səməd Seyidov Azərbaycan və Polşa arasında olan əlaqələrdən danışaraq iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlığın olduğunu qonağın diqqətinə çatdırıb. Rəhbərlik etdiyi ali təhsil ocağı haqda danışan rektor universitetdə bir çox istiqamətlər üzrə müxtəlif ixtisasların mövcud olduğunu vurğulayıb. O, universitetdə polyak dilinin tədris olunduğunu bildirib və tələbələrin bu dilə xüsusi maraq göstərdiyini qeyd edib.

Polşanın ölkəyə yeni təyin olunan səfiri Marek Tsalka ADU-da polyak dilinin tədrisini yüksək qiymətləndirib. Səfir Polşa universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün bir çox imkanların yaradılmasının mümkünlüyündən söz açıb. O, universitetdə polyak dili kurslarınıın açılmasının məqsədə uyğun olduğunu bildirib və bu kurslar sayəsində tələbələrin Polşanın dili, tarixi, mədəniyyəti, incəsənəti haqqında daha çox məlumat ala biləcəklərini sözlərinə əlavə edib.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi