Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi bu gündən başlayır.
Elm və təhsil
22 Avqust , 2019 10:17
Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi bu gündən başlayır.

Təhsil Nazirliyindən "Report"a verilən məlumaya görə, proses avqustun 27-dək davam edəcək.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu müddət ərzində təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi