Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi bu gündən başlayır.
Elm və təhsil
22 avqust 2019 06:17
Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi bu gündən başlayır.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, proses avqustun 27-dək davam edəcək.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu müddət ərzində təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi