Parlamentin komitə sədri: "Azərbaycan Respublikasının dövlət dili haqqında” qanuna yenidən baxılmasına böyük ehtiyac var”

Parlamentin komitə sədri: "Azərbaycan Respublikasının dövlət dili haqqında” qanuna yenidən baxılmasına böyük ehtiyac var” Bakı. 7 noyabr. REPORT.AZ/ Milli Məclisdə qəbul edilmiş Azərbaycan Respublikasının dövlət dili haqqında” qanuna yenidən baxılmasına və zəruri düzəlişlərin aparılmasına böyük ehtiyac var.
Elm və təhsil
7 Noyabr , 2018 11:17
Parlamentin komitə sədri: Azərbaycan Respublikasının dövlət dili haqqında” qanuna yenidən baxılmasına böyük ehtiyac var”
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli / Report
0 : 00
0 : 00

Bakı. 7 noyabr. REPORT.AZ/ "Milli Məclisdə qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət dili haqqında” qanuna yenidən baxılmasına və zəruri düzəlişlərin aparılmasına böyük ehtiyac var".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, "İnzibati Xətalar Məcəlləsi”nə az qala Milli Məclisin hər iclasında əlavələr və düzəlişlər edildiyi halda "Dövlət dili haqqında” qanunda indiyədək heç bir yeni yanaşma faktına rast gəlinməyib: "Fikrimcə, dil qaydalarının kobud surətdə pozulması hallarına qarşı da müəyyən təsirli tədbirlərin görülməsinə ehtiyac vardır. İkincisi isə, hesab edirəm ki, qəzet-jurnal redaksiyalarında, xüsusən nəşriyyatlarda redaktor-korrektor işini bərpa etmək lazımdır. Bundan başqa, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanıb ictimaiyyətə çatdırılmasını sürətləndirmək tələb olunur. Çünki dil qüsurlarının bir çoxu sözlərin yazılışı ilə deyilişi arasındakı fərqlərin nəzərə alınması ilə əlaqədardır".

Son xəbərlər

Orphus sistemi