Ötən il Azərbaycanda rekord sayda elmi nəşr qeydə alınıb

Ötən il Azərbaycanda rekord sayda elmi nəşr qeydə alınıb Bakı. 30 aprel. REPORT.AZ/ 2017-ci ildə “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1118 elmi tədqiqat işi qeydə alınıb. Bu, son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi deməkdir.
Elm və təhsil
30 Aprel , 2018 12:49
Ötən il Azərbaycanda rekord sayda elmi nəşr qeydə alınıb

Bakı. 30 aprel. REPORT.AZ/ 2017-ci ildə “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1118 elmi tədqiqat işi qeydə alınıb. Bu, son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi deməkdir.

"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Ötən il Azərbaycan “Web of Science” elmi bazasında nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. 2017-ci ildə respublika üzrə ümumi publikasiya çəkisinin təxminən 43 faizi məhz ali təhsil müəssisələrinin payına düşüb.

2013-cü ildə AMEA-nın ümumi nəşrlərinin sayı ali təhsil müəssisələrinin ümumi nəşrlərinin sayını 2 dəfədən çox üstələyirdisə, 2017-ci ilin ötən dövründə bu sayda ciddi yaxınlaşma müşahidə olunur.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti (“Clarivate Analytics”) arasında 22 dekabr 2015-ci ildə əməkdaşlıq haqqında müqavilə imzalanıb və ölkəmizin elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmimetrik bazası olan “Web of Science”-ə çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb, elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib. 

Son xəbərlər

Orphus sistemi