Yuxarı

​Tərcümə Mərkəzi "Neft, kimya və yeni texnologiyalar" adlı lüğət hazırlayıb

Diplomatın stolüstü kitabı adlı ensiklopedik toplu da nəşr ediləcək

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi diplomatlar üçün lazım olan bir sıra məlumatların yer aldığı "Diplomatın stolüstü kitabı" adlı ensiklopedik toplunu Azərbaycan dilində nəşrə hazırlayıb.

Bu barədə "Report"a mərkəzin Ensiklopedik nəşrlər qrupunun rəhbəri İlqar Əlfi məlumat verib.

O bildirib ki, toplunun müəllifi tanınmış ingilis diplomatı Ralf Corc Felthemdir.

İ.Əlfi qeyd edib ki, mərkəz tərəfindən həmçinin "Neft, kimya və yeni texnologiyalar" adlı 3 dildə - Azərbaycan, ingilis və rus dillərində lüğət hazırlanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi