Nazirlik: 564 müəllim müddətli müqavilə ilə işə qəbul olunub

Nazirlik: 564 müəllim müddətli müqavilə ilə işə qəbul olunub Bakı. 16 oktyabr. REPORT.AZ/ 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.
Elm və təhsil
16 Oktyabr , 2018 09:52
Nazirlik: 564 müəllim müddətli müqavilə ilə işə qəbul olunub
0 : 00
0 : 00

Bakı. 16 oktyabr. REPORT.AZ/ 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. 

Nazirlikdən "Report"a bildirilib ki, bu barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 564 namizəd uğur qazanıb.

Müəllim adını qazanmış şəxslər oktyabrın 17-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi