Yuxarı

Nazirlik: 46 839 namizəddən 4053 nəfəri müəllim adını qazanaraq işə qəbul olub

Nazirlik: 46 839 namizəddən 4053 nəfəri müəllim adını qazanaraq işə qəbul olub

Bakı. 3 sentyabr. REPORT.AZ/ Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, bu ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46 839 namizəd iştirak edib, 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub.

Müsabiqədən uğurla keçən şəxslər sentyabrın 5-dək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Sentyabr ayının birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi