Nazirlik: 46 839 namizəddən 4053 nəfəri müəllim adını qazanaraq işə qəbul olub

Nazirlik: 46 839 namizəddən 4053 nəfəri müəllim adını qazanaraq işə qəbul olub Bakı. 3 sentyabr. REPORT.AZ/ Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.
Elm və təhsil
3 Sentyabr , 2018 09:28
Nazirlik: 46 839 namizəddən 4053 nəfəri müəllim adını qazanaraq işə qəbul olub

Bakı. 3 sentyabr. REPORT.AZ/ Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, bu ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46 839 namizəd iştirak edib, 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub.

Müsabiqədən uğurla keçən şəxslər sentyabrın 5-dək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Sentyabr ayının birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi