Yuxarı
    Bağlamaq

    Nazir müavini: "Bəzi şagirdlər 9-cu sinifdən sonra təhsillərini davam etdirmirlər"

    IX və XI sinfi bitirənlərə attestatın verilməsi daha düzgündür

    Bakı. 6 dekabr. REPORT.AZ/ "Həm ümumi orta, həm də tam orta təhsil müəssisələrini bitirən şagirdlərə attestatın verilməsi daha düzgündür. Çünki bu sənədlərin attestat adlandırılması dünya təcrübəsinə uyğundur".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

    Onun sözlərinə görə, təhsil sənədlərinin verilməsi ilə bağlı digər dəyişiklik ondan ibarətdir ki, yalnız bu və ya digər fəndən alınan qiymətdən başqa, şagirdin təmayüllü, yaxud adi sinif bitirməsi də məlum olacaq: "Eyni zamanda, yeni attestat formalarında buraxılış və illik qiymətlərin göstərilməsinə də imkan yaradılıb. Hesab edirik ki, bu sənəd daha ətraflı məlumat verməyə zəmin yaratmış olacaq".

    C. Bayramov həmçinin, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Azərbaycanda IX sinfi bitirən 30 % şagirdin sonradan X-XI sinfə keçməməsi ilə bağlı dediklərinə də aydınlıq gətirib.

    Şuranın üzvü olan nazir müavini xatırladıb ki, hazırda ölkədə icbari təhsil ümumi orta təhsil səviyyəsində, yəni 9-cu sinifdə başa çatır: "9-cu sinifdən sonra isə bəzi şagirdlər ali təhsil almaq üçün 10-11-ci siniflərə, bəziləri isə peşə müəssisələrinə üz tuturlar. Eyni zamanda, bəzi ixtisaslar üzrə də 9-cu sinif bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul həyata keçirilir. Elə şagirdlər də var ki, ümumiyyətlə 9-cu sinifdən sonra təhsillərini davam etdirmirlər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi