Yuxarı

Nazir gənc müəllimlərə şagirdlərin şəxsiyyətinə hörmət göstərməyi tövsiyə edib

Nazir gənc müəllimlərə nəyi tövsiyə etdi?
© Report — Təhsil naziri Ceyhun Bayramov

Bakı. 1 fevral. REPORT.AZ/ "Son illərdə işə qəbul olunan müəllimlərin 70 faizi ölkənin müxtəlif ucqar kəndlərində fəaliyyətə başlayıb və onların hamısına stimullaşdırma tədbirləri tətbiq edilib. Hesab edirəm ki, bununla da ucqar kəndlərdə qeyri-ixtisas müəllimlərin dərs deməsi problemi, demək olar, həll edilib. Növbəti illərdə bu problem tam olaraq öz həllini tapacaq".

"Report" xəbər verir ki, bu fikirləri təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşdə deyib.

Nazir həmçinin gənc müəllimlərə bəzi tövsiyələr də verib: "Fəaliyyətinizin ilk günündən müəllim-şagird münasibətlərinə xüsusi diqqət etməli, şagirdlərlə əməkdaşlıq qurmalı, şagirdlərin şəxsiyyətinə hörmət etməlisiniz. Müasir zamanda şagirdlərin bilik və maraqlarını təhsilə bağlamaq üçün müasir tədris üsullarından və innovasiyalardan istifadə etməlisiniz. Eyni zamanda fəaliyyət göstərdiyiniz məktəbdəki təcrübəli müəllimlərin təcrübəsindən, təmkinindən faydalanmalısınız. Sadalanan xüsusiyyətlər və gənc müəllimlərin yeniliyə açıqlığı - olacağı təqdirdə Azərbaycan məktəblərində gözəl mühitin şahidi olacağıq. Eyni zamanda məktəbdaxili qiymətləndirmə zamanı onu hansısa bir cəza mexanizmi ilə deyil, şagirdlərin motivasiyası və marağının artırılması istiqamətində istifadə etməlisiniz. Şagirdlərin istedadını üzə çıxarmaq üçün onlara yardım etməlisiniz".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi