Yuxarı

​Multikulturalizm Mərkəzi Naxçıvan Dövlət Universitetində monitorinq aparır

Dosent I kurs tələbələrinə “Multikulturalizm və xarici siyasət” mövzusunda açıq dərs keçib

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Beynəxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə Naxçıvan Dövlət Universitetində monitorinq keçirib.

Bu barədə “Report”a Mərkəzdən məlumat verilib.

Mərkəz tərəfindən monitorinqin aparılması üçün mərkəzin əməkdaşı Vidadi Rzayev Naxçıvana ezam olunub.

Naxçıvan Dövlət Universitetində Fəlsəfə və sosial iş kafedrasının müdiri, dosent Novruzəli Rəhimov sosial iş ixtisasında təhsil alan I kurs tələbələrinə “Multikulturalizm və xarici siyasət” mövzusunda açıq dərs keçib.

Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi