​Multikulturalizm Mərkəzi Naxçıvan Dövlət Universitetində monitorinq aparır

​Multikulturalizm Mərkəzi Naxçıvan Dövlət Universitetində monitorinq aparır Dosent I kurs tələbələrinə “Multikulturalizm və xarici siyasət” mövzusunda açıq dərs keçib
Elm və təhsil
30 Noyabr , 2015 16:52
​Multikulturalizm Mərkəzi Naxçıvan Dövlət Universitetində monitorinq aparır

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Beynəxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə Naxçıvan Dövlət Universitetində monitorinq keçirib.

Bu barədə “Report”a Mərkəzdən məlumat verilib.

Mərkəz tərəfindən monitorinqin aparılması üçün mərkəzin əməkdaşı Vidadi Rzayev Naxçıvana ezam olunub.

Naxçıvan Dövlət Universitetində Fəlsəfə və sosial iş kafedrasının müdiri, dosent Novruzəli Rəhimov sosial iş ixtisasında təhsil alan I kurs tələbələrinə “Multikulturalizm və xarici siyasət” mövzusunda açıq dərs keçib.

Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.

Son xəbərlər

Orphus sistemi