Müəllimlər üçün onlayn kalkulyator xidməti istifadəyə verilib

Müəllimlər üçün onlayn kalkulyator xidməti istifadəyə verilib Gələcəkdə ilk peşə və orta ixtisas, ali təhsil müəssisələrində çalışan müəllimlər də bu xidmətdən yararlana biləcəklər
Elm və təhsil
28 Dekabr , 2016 18:08
Müəllimlər üçün onlayn kalkulyator xidməti istifadəyə verilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidməti istifadəyə verilib.

Bu barədə “Report”a Təhsil Nazirliyindən bildirilib.

Xidmətdən istifadə etmək üçün Təhsil Nazirliyinin internet saytının “Aktual keçidlər” bölməsindən “Onlayn kalkulyator” keçidini seçmək lazımdır.

Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqlarını hesablama imkanı əldə edəcəklər.

Müəllimlər “Onlayn kalkulyator” keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və “hesabla” düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər.

Yeni xidmətin yaradılmasının məqsədi müraciət və şikayətlərin sayının azaldılması, şəffaflığın artırılması və xidmət məmnunluğunun yüksəldilməsidir.

Gələcəkdə ilk peşə və orta ixtisas, ali təhsil müəssisələrində çalışan müəllimlərin də əməkhaqlarının onlayn kalkulyator vasitəsilə hesablanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi