MDBƏU-da Azərbaycan vətəndaşlarının təhsil alması üçün keçirilən imtahanın nəticələri məlum olub

MDBƏU-da Azərbaycan vətəndaşlarının təhsil alması üçün keçirilən imtahanın nəticələri məlum olub Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün keçirilən test imtahanının nəticələri məlum olub.
Elm və təhsil
13 May , 2019 17:49
MDBƏU-da Azərbaycan vətəndaşlarının təhsil alması üçün keçirilən imtahanın nəticələri məlum olub

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün keçirilən test imtahanının nəticələri məlum olub.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, test imtahanı nəticəsində 500 və daha yüksək bal toplamış, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan 3 abituriyentin müsahibəyə buraxılması nəzərdə tutulsa da, cəmi 2 abituriyent 500 baldan yuxarı nəticə göstərdiyi üçün 3-cü ən yüksək balı (432 bal) toplayan abituriyent də müsahibəyə dəvət edilib.

Müsahibə mayın 14-də saat 15.00-da Dövlət İmtahan Mərkəzində təşkil olunacaq. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanılacaq. 

İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində 5 və 9 iyulda keçiriləcək. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.

Qəbul olunanlardan aşağıdakı sənədlər tələb olunacaq:

1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi;

2. Milli pasportun surəti;

3. 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil;

4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış;

5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi;

6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat;

7. Sifilis və Hepatit B müayinəsinin nəticəsi;

8. VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat. 

Qeyd edək ki, imtahanda iştirak etmiş abituriyentlərin nəticələri aşağıdakı kimidir:

Fənn blokları üzrə topladığı nisbi bal
2-ci ixtisas qrupu (fənnlər ardıcıllığı: rus dili, riyaziyyat, coğrafiya,Azərbaycan tarixi, ingilis dili )
3-cü ixtisas qrupu (fənnlər ardıcıllığı: rus dili, riyaziyyat, tarix, ədəbiyyat, ingilis dili )
126049 528 90.000 60.000 74.000 85.000 55.000
115618 432 80.000 38.000 49.000 85.000 51.000
115165 376 71.000 41.000 32.000 62.000 67.000
183071 351 64.000 11.000 30.000 62.000 90.000
153189 91 10.000 13.000 14.000 0.000 30.000

Son xəbərlər

Orphus sistemi