Yuxarı

Misir Mərdanov Mərkəzi Elmi Kitabxanaya kitab hədiyyə edib - FOTO

Kitabxananın direktoru Leyla İmanova müəllifin bu təşəbbüsünü yüksək qiymətləndirib

Bakı. 2 aprel. REPORT.AZ/ AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov Mərkəzi Elmi Kitabxanaya kitab hədiyyə edib. Bu barədə “Report”a kitabxananın mətbuat xidmətindən bildirilib.

Hədiyyələr sırasına sabiq təhsil nazirinin özünün müəllifi olduğu və rəhbərliyi ilə hazırlanmış Azərbaycan Təhsil Tarixi (4 cilddə), Azərbaycanın Təhsil Nazirləri, Dünyanın 100 ən yaxşı Universiteti 2009, Azərbaycanın Elmi Elitası, Elementar Riyaziyyatın Əlavə fəsilləri və Olimpiadalar (3 cilddə), “Некоторые вопросы математической теории оптимальных процессов в системах с запаздываниями”, “Исследование оптимальных процессов с запаздываниями при наличии ограничений”, “Исследование особых управлений и необходимые условия оптимальности второго порядка в системах с запаздываниями”, “Качественная теория оптимального управления системами Гурса-Дарбу” adlı kitabları daxildir.

Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova müəllifin bu təşəbbüsünü yüksək qiymətləndirib. Azərbaycan təhsilinə çox dəyərli töhfə olan bu kitabların həm “Milli rəqəmsal yaddaş” məlumat bazasını, həm də MEK-in kitab fondunu zənginləşdirmək baxımından xüsusi önəm daşıdığını söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi