Yuxarı

Milli Məclis "Elm haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib

Dövlət doktorantlara təhsil haqqını və digər təhsil xərclərini ödəmələri üçün güzəştli kreditlər verəcək

Dövlət doktorantlara təhsil haqqını və digər təhsil xərclərini ödəmələri üçün güzəştli kreditlər verəcək

Bakı. 14 iyun. REPORT.AZ/ Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında "Elm haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, layihə barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihə 7 fəsil, 40 maddədən ibarətdir.

Komitə sədri deyib ki, qanun layihəsinə yeni bənd əlavə edilib. Əlavəyə görə, dövlət doktorantların təhsil haqqının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edəcək və təhsilalanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirəcək, həyata keçirilməsinə şərait yaradacaq. 

Müzakirələrin sonunda qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi