Yuxarı
    Bağlamaq

    Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək

    Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarının vətəndaşları iştirak edə bilərlər

    Bakı. 27 iyul. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Oğuz şəhərində vətəndaşları qəbul edəcək. "Report" Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qəbul iyulun 31-i saat 11:00-da Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində baş tutacaq.

    Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarının vətəndaşları iştirak edə bilərlər.

    Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar 27, 28, 29 və 30 iyul Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi