Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək

Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarının vətəndaşları iştirak edə bilərlər
Elm və təhsil
27 İyul , 2015 14:31
Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək

Bakı. 27 iyul. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Oğuz şəhərində vətəndaşları qəbul edəcək. "Report" Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qəbul iyulun 31-i saat 11:00-da Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində baş tutacaq.

Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarının vətəndaşları iştirak edə bilərlər.

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar 27, 28, 29 və 30 iyul Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi