Mikayıl Cabbarov: "Hər bir başlanğıc yeni imkandır"

Mikayıl Cabbarov: "Hər bir başlanğıc yeni imkandır" Təhsil naziri “Bilik günü” münasibəti ilə təhsil işçilərini təbrik edib
Elm və təhsil
15 Sentyabr , 2017 09:14
Mikayıl Cabbarov: Hər bir başlanğıc yeni imkandır
Report

Bakı. 15 sentyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov “Bilik günü” münasibəti ilə təhsil işçilərini təbrik edib. 

"Report"un məlumatına görə, məktubda deyilir:

"Əziz müəllimlər, tələbələr və şagirdlər, hörmətli valideynlər! Sizi yeni təhsil ili münasibətilə təbrik edirəm!

“Bilik günü” - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir.

Zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Burada hamımızın birgə əməyi vacib və həlledicidir - Vətən sevgisi və yeni dünyanı fəth etmək enerjisi ilə.

Əziz müəllimlər, tələbələr və şagirdlər!

Hər bir başlanğıc yeni imkandır.

“Bilik günü” ilə başlanan bu imkanı uğurlu həyat hekayəsinə çevirməkdə hər birinizə nailiyyətlər arzulayıram!”

Son xəbərlər

Orphus sistemi