Yuxarı

Məleykə Abbaszadə Xızı şəhərində vətəndaşlarla görüşüb

Müraciətlər əsasən ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı olub

Bakı. 28 avqust. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə vətəndaşlarla növbəti görüşünü keçirib. Bu barədə "Report" TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş Xızı şəhərində Heydər Əliyev Mərkəzində təşkil olunub.

Görüşə gələnlər əsasən ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər. TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlər müvafiq qaydada yerindəcə öz həllini tapıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

Görüşdən sonra TQDK sədri Xızı rayonunun Təhsil şöbəsinin müdiri Oktay Abdullayevlə görüşüb. Görüşdə cari ildə Xızı rayonunun orta ümumtəhsil müəssisələrinin sonuncu sinif şagirdlərinin buraxılış və qəbul imtahanlarındakı nəticələri müzakirə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi