Bakı. 28 avqust. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə vətəndaşlarla növbəti görüşünü keçirib. Bu barədə "Report" TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüş Xızı şəhərində
Görüşə gələnlər əsasən ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər. TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlər müvafiq qaydada yerindəcə öz həllini tapıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.
Görüşdən sonra TQDK sədri Xızı rayonunun Təhsil şöbəsinin müdiri Oktay Abdullayevlə görüşüb. Görüşdə cari ildə Xızı rayonunun orta ümumtəhsil müəssisələrinin sonuncu sinif şagirdlərinin buraxılış və qəbul imtahanlarındakı nəticələri müzakirə olunub.