Yuxarı
    Bağlamaq

    Məleykə Abbaszadə: "Növbəti buraxılış imtahanlarında açıq tipli sualların sayı artırılacaq"

    O bildirib ki, sualların sayı artırılanda Azərbaycan reallığını, imtahanın təhlükəsizliyinin təmin olunmasını nəzərə almaq vacibdir
    © Report

    Bakı. 28 sentyabr. REPORT.AZ/ "Azərbaycanda növbəti buraxılış imtahanlarda açıq tipli sualların sayı artırılacaq".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

    O bildirib ki, sualların sayı artırılanda Azərbaycan reallığını, imtahanın təhlükəsizliyinin təmin olunmasını və s. məsələləri nəzərə almaq vacibdir.

    M.Abbaszadə buraxılış imtahanlarının nəticələrinin qısa müddətdə açıqlanmamasına da aydınlıq gətirib: "Buna fiziki gücümüz çatmır. Çünki markerlərin sayı azdır".

    O qeyd edib ki, DİM IX sinif buraxılış imtahanlarının nəticələrini gec elan etdiyinə görə mərkəzə irad tutulub: "Amma nəzərə almaq lazımdır ki, bizim 500 markerimiz var, 5000 olsa, vaxt daha da azalardı. Markerləri hazırlamaq üçün 4 il vaxt tələb olunur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi