Məleykə Abbaszadə: "Növbəti buraxılış imtahanlarında açıq tipli sualların sayı artırılacaq"

Məleykə Abbaszadə: "Növbəti buraxılış imtahanlarında açıq tipli sualların sayı artırılacaq" O bildirib ki, sualların sayı artırılanda Azərbaycan reallığını, imtahanın təhlükəsizliyinin təmin olunmasını nəzərə almaq vacibdir
Elm və təhsil
28 Sentyabr , 2017 16:09
Məleykə Abbaszadə: Növbəti buraxılış imtahanlarında açıq tipli sualların sayı artırılacaq
Report

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Azərbaycanda növbəti buraxılış imtahanlarda açıq tipli sualların sayı artırılacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

O bildirib ki, sualların sayı artırılanda Azərbaycan reallığını, imtahanın təhlükəsizliyinin təmin olunmasını və s. məsələləri nəzərə almaq vacibdir.

M.Abbaszadə buraxılış imtahanlarının nəticələrinin qısa müddətdə açıqlanmamasına da aydınlıq gətirib: "Buna fiziki gücümüz çatmır. Çünki markerlərin sayı azdır".

O qeyd edib ki, DİM IX sinif buraxılış imtahanlarının nəticələrini gec elan etdiyinə görə mərkəzə irad tutulub: "Amma nəzərə almaq lazımdır ki, bizim 500 markerimiz var, 5000 olsa, vaxt daha da azalardı. Markerləri hazırlamaq üçün 4 il vaxt tələb olunur".

Son xəbərlər

Orphus sistemi