Məleykə Abbaszadə Astarada vətəndaşlarla görüşəcək

Məleykə Abbaszadə Astarada vətəndaşlarla görüşəcək Qəbul Astara şəhər Heydər Əliyev Mərkəzində olacaq
Elm və təhsil
8 Fevral , 2017 15:09
Məleykə Abbaszadə Astarada vətəndaşlarla görüşəcək

Bakı. 8 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 17-də Astara şəhərində vətəndaşları qəbul edəcək.

Mərkəzin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qəbulda Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara və Masallı rayon sakinləri iştirak edə bilərlər.

Qəbul saat 12:00-da Astara şəhər Heydər Əliyev Mərkəzində (Ünvan: Astara şəhəri, Azərbaycan küçəsi 26 B) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya Dövlət İmtahan Mərkəzinin Lənkəran regional bölməsinə şəxsiyyət vəsiqəsilə birlikdə (ünvan: Lənkəran ş., H.Aslanov xiyabanı 52, telefon: (025 25) 5 24 82 ) müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Yardımlı, Cəlilabad, Biləsuvar, Lerik, Astara və Masallı rayon təhsil şöbələrinə müraciətə edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi