Bakı. 8 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 17-də Astara şəhərində vətəndaşları qəbul edəcək.
Mərkəzin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qəbulda Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara və Masallı rayon sakinləri iştirak edə bilərlər.
Qəbul saat 12:00-da Astara şəhər Heydər Əliyev Mərkəzində (Ünvan: Astara şəhəri, Azərbaycan küçəsi 26 B) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya Dövlət İmtahan Mərkəzinin Lənkəran regional bölməsinə şəxsiyyət vəsiqəsilə birlikdə (ünvan: Lənkəran ş., H.Aslanov xiyabanı 52, telefon: (025 25) 5 24 82 ) müraciət etmələri xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Yardımlı, Cəlilabad, Biləsuvar, Lerik, Astara və Masallı rayon təhsil şöbələrinə müraciətə edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.