Məktəbəqədər təhsil müəsissələrinə ali pedaqoji ixtisas təhsilli mütəxəssislərin də təyin edilməsi təklif edilir

Məktəbəqədər təhsil müəsissələrinə ali pedaqoji ixtisas təhsilli mütəxəssislərin də təyin edilməsi təklif edilir "Məktəbəqədər təhsil müəssisələrində loqoped və defektoloqların ali pedaqoji ixtisaslı olması vacibdir"
Elm və təhsil
6 Aprel , 2017 11:14
Məktəbəqədər təhsil müəsissələrinə ali pedaqoji ixtisas təhsilli mütəxəssislərin də təyin edilməsi təklif edilir

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanda Milli Məclisinin Elm və təhsil komitəsinin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirəsi müzakirə olunub.

“Report”un xəbərinə görə, komitə sədri İsa Həbibbəyli qanun layihəsindəki dəyişikliklərlə bağlı məlumat verib.

O bildirib ki, qanun layihəsi hazırlanarkən bir neçə nazirliyə göndərilib, onların rəyi alınıb: “Burada təkliflər və tənqidlər var idi. Nazirliklərin təkliflərinin üzərində düşünmüşük”.

Komitə sədri qeyd edib ki, layihənin 7.6-cı maddəsi bərpa edilib. Bu, məktəbəqədər təhsilin məzmunu nəticəyönümlük, şəxsiyyətyönümlük, uşaqyönümlük, inkişafyönümlük, tələbyönümlük, varislik, inteqrativlik, millilik və dünyəvilik prinsipləri əsasında müəyyən edilməsini nəzərdə tutur.

İ.Həbibbəyli bildirib ki, əvvəl məktəbəqədər təhsil ocaqlarında yalnız məktəbəqədər təhsil ixtisası alanlar fəaliyyət göstərirdilər, lakin burada kadr çatışmazlığı problemi yaranacağına görə, qanun layihəsində məktəbəqədər təhsil müəsissəsinə ali pedaqoji ixtisas təhsili alan mütəxəssislərin də təyin edilməsi təklif edilir.

O deyib ki, məktəbəqədər təhsil müəssisələrində loqoped və defektoloqların ali pedaqoji ixtisaslı olması vacibdir.

Qanun layihəsi 3-cü oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi