Yuxarı

Namiq Cəlilov: "Bu il Marsın Yerə ən yaxın nöqtəyə çatması qabarma qüvvəsini artıra bilər"

Bu təbiət hadisəsinin Azərbaycana ayrıca təsiri olmayacaq

Bakı. 25 iyun. REPORT.AZ/ "Avqustun 27-də Mars planetinin Yerə ən yaxın nöqtəyə çatması qlobal hadisədir. Əslində, planetlərin bir-birilərinə yaxınlaşması və uzaqlaşması hər zaman baş verir. Bunu nəzərə alsaq, Marsın yerə yaxınlaşması heç bir ciddi fəsad törətməyəcək". Bu barədə "Report"a AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor əvəzi, Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov bildirib.

O deyib ki, təkcə Mars yox, bütün planetlərin yaxınlaşması sadəcə okeanın səviyyəsini az da olsa qaldıra bilər: "Odur ki, tək Mars planetinin Yerə yaxınlaşması elə də ciddi fəsadlar törədə bilməz. Həmçinin, bu təbiət hadisəsinin Azərbaycana ayrıca təsiri olmayacaq. Bu proses sadəcə Yer kürəsində qabarma qüvvəsini artıra bilər".

Xatırladaq ki, avqustun 27-də Mars planeti Yerə ən yaxın nöqtəyə yaxınlaşacaq. Həmin gecə Mars fəzanın yerdən görünən ən parlaq göy cismi olacaq və onun yerə yaxınlığı 55 milyon 758 min km olacaq. Bu zaman Mars həm də Günəşə ən yaxın nöqtədə olacaq. Marsın Yerə ən yaxın məsafədən keçəcəyi növbəti tarix isə 2287-ci ildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi