Yuxarı
    Bağlamaq

    Malayziyanın Perlis vilayətinin şahzadəsi BANM-də olub

    © BANM

    Bakı. 30 noyabr. REPORT.AZ/ Malayziyanın Perlis vilayətinin şahzadəsi, UniMap Universitetinin rektoru Tuanku Sied Fayzuddin Putra rəhbərlik etdiyi nümayəndə heyəti və tələbə qrupu ilə birgə Bakı Ali Neft Məktəbində (BANM) olub.

    Bu barədə "Report"a BANM-dən məlumat verilib. 

    Ali Məktəbin rektoru Elmar Qasımov malayziyalı nümayəndə heyəti ilə görüşüb. Görüşdə Putra UniMap-in rəhbər nümayəndələrini təqdim edib və universitetin fəaliyyətindən bəhs edib. Dünyanın 34 ölkəsindən 1000 xarici tələbənin UniMap-də təhsil aldığını vurğulayan rektor BANM-in də tələbələrini bu sirada görmək istədiyini bildirib.

    E.Qasımov qonaqlara BANM-in yaranma tarixi, fəaliyyəti və uğurlarından danışıb, tərəflər arasında “Tələbə mübadilə proqramı” və eyni zamanda UniMap-in “Mobility Program”ı əsasında əməkdaşlığın mümkünlüyünü qeyd edib.

    Daha sonra rektorlar hər iki ali məktəbin tələbə və professor-müəllim heyətinin olduğu “Senat” otağında görüşü davam etdirərək, iki ölkə arasında təhsil sahəsində olacaq gələcək əməkdaşlıqdan danışaraq tələbələri motivasiya ediblər. BANM-in tələbələri UniMap universiteti haqda film izləyərək onu daha yaxından tanıyıblar və öz suallarını həmin universitetin rektoru, şahzadə Putraya ünvanlayıblar.

    E.Qasımov hər iki ali məktəbin tələbə və professor-müəllim heyətinin iştirakı ilə T.S.Putraya Bakı Ali Neft Məktəbinin Fəxri qonağı plaketini təqdim edib.

    BANM və UniMap-in tələbələri isə bir-birilə yaxından tanış olub və müzakirələr aparıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi