Malayziyanın Perlis vilayətinin şahzadəsi BANM-də olub

Malayziyanın Perlis vilayətinin şahzadəsi BANM-də olub Bakı. 30 noyabr. REPORT.AZ/ Malayziyanın Perlis vilayətinin şahzadəsi, UniMap Universitetinin rektoru Tuanku Sied Fayzuddin Putra rəhbərlik etdiyi nümayəndə heyəti və tələbə qrupu ilə birgə Bakı Ali Neft Məktəbində (BANM) olub.
Elm və təhsil
30 Noyabr , 2017 10:43
Malayziyanın Perlis vilayətinin şahzadəsi BANM-də olub
BANM

Bakı. 30 noyabr. REPORT.AZ/ Malayziyanın Perlis vilayətinin şahzadəsi, UniMap Universitetinin rektoru Tuanku Sied Fayzuddin Putra rəhbərlik etdiyi nümayəndə heyəti və tələbə qrupu ilə birgə Bakı Ali Neft Məktəbində (BANM) olub.

Bu barədə "Report"a BANM-dən məlumat verilib. 

Ali Məktəbin rektoru Elmar Qasımov malayziyalı nümayəndə heyəti ilə görüşüb. Görüşdə Putra UniMap-in rəhbər nümayəndələrini təqdim edib və universitetin fəaliyyətindən bəhs edib. Dünyanın 34 ölkəsindən 1000 xarici tələbənin UniMap-də təhsil aldığını vurğulayan rektor BANM-in də tələbələrini bu sirada görmək istədiyini bildirib.

E.Qasımov qonaqlara BANM-in yaranma tarixi, fəaliyyəti və uğurlarından danışıb, tərəflər arasında “Tələbə mübadilə proqramı” və eyni zamanda UniMap-in “Mobility Program”ı əsasında əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Daha sonra rektorlar hər iki ali məktəbin tələbə və professor-müəllim heyətinin olduğu “Senat” otağında görüşü davam etdirərək, iki ölkə arasında təhsil sahəsində olacaq gələcək əməkdaşlıqdan danışaraq tələbələri motivasiya ediblər. BANM-in tələbələri UniMap universiteti haqda film izləyərək onu daha yaxından tanıyıblar və öz suallarını həmin universitetin rektoru, şahzadə Putraya ünvanlayıblar.

E.Qasımov hər iki ali məktəbin tələbə və professor-müəllim heyətinin iştirakı ilə T.S.Putraya Bakı Ali Neft Məktəbinin Fəxri qonağı plaketini təqdim edib.

BANM və UniMap-in tələbələri isə bir-birilə yaxından tanış olub və müzakirələr aparıblar. 

Son xəbərlər

Orphus sistemi