Yuxarı
    Bağlamaq

    Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün növbəti dərs ilinə aid tədris planları təsdiq edilib

    Bununla bağlı təhsil naziri əmr imzalayıb

    Bakı. 5 iyul. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

    “Report”un xəbərinə görə, məqsəd lisey, məktəb-lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.

    Əmrdə qeyd olunur ki, tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyalarının təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” (1-7 nömrəli əlavələr) təsdiq edilməlidir.

    Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

    Qeyd edək ki, lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün nümunəvi tədris planlarına dair qeydlərlə aşağıdakı link vasitəsi ilə tanış olmaq olar:

    http://edu.gov.az/upload/file/emre-elave/2016/458/458sayli-emre-elave07.pdf

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi