Bakı. 5 iyul. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.
“Report”un xəbərinə görə, məqsəd lisey, məktəb-lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.
Əmrdə qeyd olunur ki, tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyalarının təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” (1-7 nömrəli əlavələr) təsdiq edilməlidir.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Qeyd edək ki, lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün nümunəvi tədris planlarına dair qeydlərlə aşağıdakı link vasitəsi ilə tanış olmaq olar: