Nazirlik nümayəndəsi: "Kollec məzunları ali məktəblərə imtahansız qəbul ola biləcəklər"

Nazirlik nümayəndəsi: "Kollec məzunları ali məktəblərə imtahansız qəbul ola biləcəklər" Kolleclərə və universitetlərə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı başa vurmayan şəxslərin kolleclərə köçürülməsi qaydalarına əsasən, bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, kolleclərə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcəklər.
Elm və təhsil
23 May , 2019 11:20
Nazirlik nümayəndəsi: Kollec məzunları ali məktəblərə imtahansız qəbul ola biləcəklər

Kolleclərə və universitetlərə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı başa vurmayan şəxslərin kolleclərə köçürülməsi qaydalarına əsasən, bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, kolleclərə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcəklər.

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

O bildirib ki, subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq imkanı əldə edəcəklər.

Y.Piriyev qeyd edib ki, qaydalara görə, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər: "Müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənədinə (attestata) üstünlük veriləcək. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edəcək".

Nazirlik rəsmisi əlavə edib ki, kollec məzunları üçün minimal keçid balı - 250 müəyyən ediləcək. Qərarın icrası 2019-2020-ci ilin qəbul prosesində mümkün olacaq. 

O qeyd edib ki, ötən ilin yayında Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında “Təhsil haqqında” Qanuna 62 düzəliş edilib. Bu qaydalar həmin düzəlişlər əsasında təsdiq olunub

Son xəbərlər

Orphus sistemi