Yuxarı
    Bağlamaq

    Jurnalistika fakültələrinin magistr pilləsinə qəbulla bağlı buraxılış vərəqələrinin verilməsinə başlanılıb

    Bilet üzrə ümumilikdə 8 və daha çox bal toplamış bakalavrlar imtahandan məqbul qiymət almış hesab edilirlər

    Bakı. 30 mart. REPORT.AZ/ Magistratura səviyyəsi üzrə "Jurnalistika" ixtisaslaşmasını seçmək istəyən bakalavrlar üçün keçiriləcək qabiliyyət imtahanına buraxılış vərəqələrinin verilməsi prosesi başlanıb. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

    Xatırladaq ki, qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə komissiya qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir. Bakalavrın biletin hər bir bəndi üzrə cavabları 5 ballıq şkala üzrə qiymətləndirilir (3 bənd üzrə maksimum bal: 15). Bilet üzrə ümumilikdə 8 və daha çox bal toplamış bakalavrlar imtahandan "məqbul" qiymət almış hesab edilirlər və imtahanın ikinci mərhələsində 44 saylı jurnalistika proqramı üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi