Jurnalistika fakültələrinin magistr pilləsinə qəbulla bağlı buraxılış vərəqələrinin verilməsinə başlanılıb

Jurnalistika fakültələrinin magistr pilləsinə qəbulla bağlı buraxılış vərəqələrinin verilməsinə başlanılıb Bilet üzrə ümumilikdə 8 və daha çox bal toplamış bakalavrlar imtahandan "məqbul" qiymət almış hesab edilirlər
Elm və təhsil
30 Mart , 2015 11:40
Jurnalistika fakültələrinin magistr pilləsinə qəbulla bağlı buraxılış vərəqələrinin verilməsinə başlanılıb

Bakı. 30 mart. REPORT.AZ/ Magistratura səviyyəsi üzrə "Jurnalistika" ixtisaslaşmasını seçmək istəyən bakalavrlar üçün keçiriləcək qabiliyyət imtahanına buraxılış vərəqələrinin verilməsi prosesi başlanıb. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Xatırladaq ki, qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə komissiya qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir. Bakalavrın biletin hər bir bəndi üzrə cavabları 5 ballıq şkala üzrə qiymətləndirilir (3 bənd üzrə maksimum bal: 15). Bilet üzrə ümumilikdə 8 və daha çox bal toplamış bakalavrlar imtahandan "məqbul" qiymət almış hesab edilirlər və imtahanın ikinci mərhələsində 44 saylı jurnalistika proqramı üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.