Yuxarı

“IBM” Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək

“IBM” Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək

Bakı. 30 yanvar. REPORT.AZ/ Kompüter texnologiyaları sahəsində dünya lideri olan “IBM” şirkəti Bakı Ali Neft Məktəbilə (BANM) əməkdaşlıq edəcək.

Bu barədə "Report"a BANM-dən məlumat verilib.

Prezident İlham Əliyev İsveçrəyə işgüzar səfərində Davosda “IBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti ilə görüşüb və Prezident “IBM” şirkətinin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu, mövcud əməkdaşlığın gələcək əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

“IBM” şirkəti həmçinin SOCAR ilə ən müasir texnologiyalardan istifadəyə geniş imkan yaradacaq yeni layihə həyata keçirməyi planlayır. Üzərində 1500-dək işçinin çalışacağı planlaşdırılan layihədə Bakı Ali Neft Məktəbinin də iştirakı nəzərdə tutulur. Layihə dünya səviyyəli mütəxəssislərin hazırlanmasına öz töhfəsini vermiş olacaq.

Qeyd edək ki, BANM-ın yeni açılmış kampusunda “IBM” şirkətinin texniki təminat və proqramla təchiz olunmuş tədris mərkəzinin açılması da nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi