Yuxarı
    Bağlamaq

    I və IV qrup imtahanlarında iştirak edən abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb

    Abituriyentlər Apellyasiya Komissiyasına bu gün saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər

    Bakı. 18 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyulun 15-də I və IV ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirdiyi qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

    TQDK-dan “Report”a verilən məlumata görə, Apellyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

    Abituriyentlər Apellyasiya Komissiyasına bu gün saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi