I və IV qrup imtahanlarında iştirak edən abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb

I və IV qrup imtahanlarında iştirak edən abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb Abituriyentlər Apellyasiya Komissiyasına bu gün saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər
Elm və təhsil
35
18 İyul , 2016 10:20
I və IV qrup imtahanlarında iştirak edən abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb

Bakı. 18 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyulun 15-də I və IV ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirdiyi qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

TQDK-dan “Report”a verilən məlumata görə, Apellyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına bu gün saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.