Bakı. 6 noyabr. REPORT.AZ/ İsveçdəki Antisemitizm və Ksenofobiyaya qarşı Gənc İnsanlar Dərnəyi (“Young people against Antisemitism and Xenophobia”) təşkilatının nümayəndələri Bakı Ali Neft Məktəbində (BANM) qonaq olublar.
Bu barədə "Report"a BANM-dən məlumat verilib.
Təşkilatın və onun üzvlərinin Azərbaycana səfəri
BANM-ın rektoru Elmar Qasımov gənc qonaqlarla görüşərək Ali Məktəb haqda onlara məlumat verib. Dünyada ilk neft quyusunun Azərbaycanda qazılmasını diqqətə çatdıran rektor Elmar Qasımov ölkəmizin zəngin tarixi irsindən qonaqlara söz açıb.
Səfərin təşkilatçısı və qurumun Azərbaycan əsilli sədri Səyavuş Derəxti çıxışında bildirib ki, qonaqların hamısı İsveçdəki təşkilatın üzvləridir. Qonaqlarla birgə BANM-ın kampusunu gəzərək yaxından tanış olan S.Derəxti Azərbaycanda dünya səviyyəli bir ali təhsil müəssisəsinin olması bir azərbaycanlı kimi qürur yaradır.
İsveçdən olan gənclər BANM-ın tələbələri və müəllim heyətilə bir araya gələrək fikir mübadiləsi aparıb, eyni zamanda səfər zamanı Ali Məktəbin kampusu ilə yaxından tanış olublar.