İslamiadanın açılış və bağlanış mərasimində 3 mindən çox könüllünün xidmətindən istifadə olunub

İslamiadanın açılış və bağlanış mərasimində 3 mindən çox könüllünün xidmətindən istifadə olunub Nazir müavini: "Tələbə könüllülər indiyədək ölkəmizdə keçirilən irimiqyaslı idman tədbirlərində yaxından iştirak ediblər"
Elm və təhsil
23 May , 2017 19:47
İslamiadanın açılış və bağlanış mərasimində 3 mindən çox könüllünün xidmətindən istifadə olunub

Bakı. 23 may. REPORT.AZ/ "Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına 8000-dən çox könüllü cəlb olunub. Oyunların açılış və bağlanış mərasimində isə 3077 könüllünün xidmətindən istifadə olunub". 

"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov mətbuat konfransında deyib. 

O bildirib ki, tələbə könüllülər indiyədək ölkəmizdə keçirilən irimiqyaslı idman tədbirlərində yaxından iştirak ediblər: "Belə ki, Bakıda keçirilmiş I Avropa Oyunlarında 15 min, “Formula-1” Avropa Qran-prisinin təşkilinə 42 ali təhsil müəssisəsi və 28 kolleci təmsil edən 3500-dən artıq tələbə-könüllü cəlb olunub".

Nazir müavini əlavə edib ki, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirməsi olan 18 nəfər idmançı 8 idman növü üzrə milli yığma komandaların tərkibində “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edib. Onlardan 6 nəfəri bu oyunların mükafatçısı olub, 4 qızıl, 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanılıb.

Son xəbərlər

Orphus sistemi