Yuxarı

İslam ölkələrinin gəncləri arasında keçirilən esse yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaq

İslam ölkələrinin gəncləri arasında keçirilən esse yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaq
Müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etməkdir

Bakı. 15 avqust. REPORT.AZ/ İslam ölkələrinin gəncləri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” esse yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, 2011-ci ildən başlayaraq Gənclər və İdman Nazirliyinin və Xarici İşlər Nazirliyinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq xarici ölklərin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqələri keçirilir. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında 11 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən təsdiq edilmiş Tədbrilər Planının 25-ci bəndinə uyğun olaraq bu müsabiqə yalnız islam ölkələri arasında keçirilib.

Müsabiqədə iştirak etmək etmək istəyən gənclər aşağıdakı tematik mövzular üzrə öz esse yazılarını təqdim ediblər:

-Heydər Əliyev: Azərbaycan xalqının Ümummilli Lideri;

-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları;

-Azərbaycanın iqtisadi inkişafı;

-Azərbaycanın neft və qaz strategiyası;

-Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti;

-Azərbaycanın əhalisi, dili, adətləri və dini;

-Azərbaycanın beynəlxalq siyasətdəki rolu;

-Azərbaycan və digər ölkələr: tarixi əlaqələr

Müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqaçtıların Azərbaycanı yaxından öyrənmələri və elmi-tədqiqat fəaliyyətlərini müəyyən etmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaqdır.

Müsabiqənin yekunu olaraq Albaniya, Bosniya-Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Özbəkistan, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyədən olan qaliblərin 14-26 sentyabr 2017-ci il tarixlərdə Azərbaycana səfəri planlaşdırılıb. Səfər çərçivəsində müsabiqə qaliblərinə Azərbaycanı daha da yaxından tanımalarına və öyrənmələrinə şərait yaradılacaqdır.

Səfər çərçivəsində qaliblər Gənclər və İdman Nazirliyinin xüsusi diplomları və hədiyyələri ilə mükafatlandırılacaqlar. Proqrama əsasən, qaliblər Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzində, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda, Qala Arxeoloji - Etnoqrafik Muzeyində, Qobustan Tarixi-Etnoqrafik və Bədii Qoruğunda, Azərbaycan Tarix Muzeyində, Lətif Kərimov adına Dövlət Xalçaçılıq Muzeyində, İsmayıllının Lahıc kəndində, İsmayıllıda, Qəbələdə, Şəkidə və s. yerlərdə olacaq Aərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olacaqlar.

Qaliblərin mükafatlandırılması mərasimi 16 sentyabr 2017-ci il tarixdə saat 12.00-da Qafqaz Point mehmanxanasının konfrans zalında təşkil ediləcəkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi