Yuxarı

İqtisad Universitetində alt qruplarda ödəniş ləğv edilib

Vəsait universitetin daxili imkanları hesabına ödəniləcək

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib. Bu barədə "Report"a UNEC-dən məlumat verilib. 

Məlumata görə, universitetin Elmi Şurasının iclasında qəbul edilən qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi