İqtisad Universitetində alt qruplarda ödəniş ləğv edilib

İqtisad Universitetində alt qruplarda ödəniş ləğv edilib Vəsait universitetin daxili imkanları hesabına ödəniləcək
Elm və təhsil
26 Dekabr , 2015 11:49
İqtisad Universitetində alt qruplarda ödəniş ləğv edilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib. Bu barədə "Report"a UNEC-dən məlumat verilib. 

Məlumata görə, universitetin Elmi Şurasının iclasında qəbul edilən qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.

Son xəbərlər

Orphus sistemi