Yuxarı
    Bağlamaq

    İlham Əliyev: "Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox qayğı ilə yanaşırlar"

    Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir

    Bakı. 1 sentyabr. REPORT.AZ/ "Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu xalqlarımızı birləşdirmiş və bu gün də birləşdirən nə varsa hamısına çox qayğı ilə yanaşırlar".

    “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçiyə səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi mətbuat konfransında deyib.

    Prezidentin sözlərinə görə, rusiyalı həmkarı ilə görüş zamanı aparılan müzakirələrdə humanitar sahədə əməkdaşlıq xüsusi yer tutub:

    "Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu xalqlarımızı birləşdirmiş və bu gün də birləşdirən nə varsa hamısına çox qayğı ilə yanaşırlar. Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur. Bu gün biz humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın möhkəmlənməsinə dair gələcək addımlarımızı müzakirə etdik, o cümlədən idman sahəsində imzalanmış sənədlər ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Başqa sözlə, ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır", - deyə dövlət başçısı əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi