İkinci ixtisas üzrə əlavə ali təhsil işə qəbul prosesinə təsir edirmi? - RƏYLƏR

İkinci ixtisas üzrə əlavə ali təhsil işə qəbul prosesinə təsir edirmi? - RƏYLƏR İnsanın ehtiyaclarının artması və ildən-ilə dünyadakı situasiyanın dəyişməsi yaxşı gəlir gətirə biləcək yeni perspektivli peşələrin yaranması ilə müşayiət olunur. Bəzən ali təhsilli insanlar biliyi artırmaq və ya genişləndirmək məqsədilə əlavə təhsil almaq qərarına gəlirlər. Bəs bu gün ölkəmizdə ikinci ali təhsil əlçatandırmı və hansı mexanizmlərlə həyata keçirilir?
Elm və təhsil
25 İyul , 2019 10:00
İkinci ixtisas üzrə əlavə ali təhsil işə qəbul prosesinə təsir edirmi? - RƏYLƏR

İnsanın ehtiyaclarının artması və ildən-ilə dünyadakı situasiyanın dəyişməsi yaxşı gəlir gətirə biləcək yeni perspektivli peşələrin yaranması ilə müşayiət olunur. Bəzən ali təhsilli insanlar biliyi artırmaq və ya genişləndirmək məqsədilə əlavə təhsil almaq qərarına gəlirlər. Bəs bu gün ölkəmizdə ikinci ali təhsil əlçatandırmı və hansı mexanizmlərlə həyata keçirilir?

Məsələni “Report”a şərh edən İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibat fakültəsinin dekanı Gəray Musayev ikinci ixtisas üzrə əlavə ali təhsilin olmasının şəxsin işə qəbul prosesinə yüksək təsir etdiyini deyib.

“Çünki siz artıq iki ixtisas üzrə mütəxəssis hesab edilirsiniz. Xüsusən də yeni bir iş üçün müraciət edənlər, iş karyerasında yüksəlmək istəyənlər üçün təkrar ali təhsil hər zaman üstün xüsusiyyət kimi qəbul edilir. Ölkəmizdə əlavə ali təhsilin təşkili Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” ilə tənzimlənir. Həmin sənəddə qeyd olunur ki, bakalavr diplomu olan hər bir şəxs təkrar (əlavə) ali təhsil ala bilər. Əlavə ali təhsilə qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali məktəblərə qəbul imtahanlarında iştirak etməyə ehtiyac yoxdur. Təkrar ali təhsilə qəbul qaydaları, yəni bakalavr diplomunun təqdim edilməsi, digər tələb olunan sənədlərin qəbulunu, həmin təhsili təklif edən ali təhsil müəssisəsi müəyyənləşdirir", - ekspert bildirib.

G.Musayevin fikrincə, təkrar ali təhsilə marağın artmasının birinci səbəbi qəbul qaydalarının bu formada asan olmasıdır: "İkinci bir səbəb isə “Qayda”ya görə təkrar ali təhsil almaq istəyən şəxsin ilkin bakalavr ixtisas təhsili ilə yenidən başlamaq istədiyi ixtisasın təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olarsa, müraciət qəbul edilir. Buna görə “İqtisadiyyat” ixtisasını bitirmiş bakalavr “Hüquq” ixtisasına, “Hüquq” ixtisasını bitirmiş bakalavr “Maliyyə” ixtisasına təkrar ali təhsil almaq üçün müraciət edə bilər. Əlavə ali təhsilin əyani forma ilə yanaşı qiyabi formada da təşkil olunması iş prosesindən ayrılmadan təhsil almaq imkanı verir ki, bu da həmin təhsil növünə olan marağı daha da artırır”. 

İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibat fakültəsinin dekanı Gəray Musayev

“Hesab edirəm, qanunvericiliyə görə təkrar ali təhsil almaq istəyənlərin baza ixtisası ilə yenidən əldə etmək istədiyi peşə arasındaki fərqliliyin geniş diapazonda olması bu təhsil formasına müraciəti məhdudlaşdırmır, əksinə təşviq edir”.

Gəray Musayev

İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat fakültəsinin dekanı Gəray Musayev

Onun sözlərinə görə, təkrar ali təhsilə müraciətlər əsasən “İqtisadiyyat və idarəetmə” sahələri üzrə ixtisaslara, yəni Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat, Menecment, Marketinq üzrə edilir: “Bunun əsas səbəbi isə bu sahədəki ixtisaslar üzrə mütəxəssis tələbinin çox olması və bitirdiyi ixtisas üzrə işləməyən bakalavr təhsili almış insanların hazırda işlədiyi sahələr üzrə təhsil almaq arzusudur. Hesab edirəm, qanunvericiliyə görə təkrar ali təhsil almaq istəyənlərin baza ixtisası ilə yenidən əldə etmək istədiyi peşə arasındaki fərqliliyin geniş diapazonda olması bu təhsil formasına müraciəti məhdudlaşdırmır, əksinə təşviq edir. 

Təkrar ali təhsil təqdim edən ali təhsil müəssisələrinin təkrar ali təhsil formasına qəbul qaydalarını sadələşdirilməsi və bu təhsil formasının üstünlüklərinin ictimaiyyətə lazımi səviyyədə çatdırılması təkrar ali təhsilə olan marağı daha da artıracağını deməyə əsas verir”.

Təhsil üzrə ekspert Kamran Əsədova görə, ikinci ali təhsil xüsusən hüquq istiqamətində şəffaf olmur.

"Bizdə ikinci ali təhsilə qəbul Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarla və ya universitetin daxili qaydalarla həyata keçirdiyi müsahibə və ya müsabiqə vasitəsilə həyata keçirilir. Daxili qaydalarla həyata keçirilən qəbul prosesində neqativ hallar mövcuddur və bunu heç kim inkar edə bilməz. Hüquq istiqamətində belə hallara daha çox rast gəlinir" - ekspert deyib. 

Təhsil üzrə ekspert Kamran Əsədov

“Bu gün kütləviliyin əsas səbəbi də elə bu faktorlardır".

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov

K.Əsədov hesab edir ki, burada vəziyyət ürəkaçan deyil: "Kimsə uzun müddət hüquq-mühafizə orqanlarında işləyir, zəngin təcrübəsi var, ancaq diplomu yoxdur deyə karyera irəliləyişi müəyyən hədlə məhdudlaşır. Digər tərəfdən dövlət qulluğunda sektor müdiri olan birinin daha yüksək vəzifəyə getməsi üçün hüquq diplomuna ehtiyacı yaranır. Bu gün kütləviliyin əsas səbəbi də elə bu faktorlardır".

Son xəbərlər

Orphus sistemi