Yuxarı

Nazir müavini: "Gənclərin elmə marağının artırılması üçün imkanlar genişləndirilir"

Dinlə
© Report/Firi Salim

Bakı. 12 fevral. REPORT.AZ/ "Azərbaycan gənclərinin ixtisaslı kadr kimi yetişməsi üçün tədbirlər həyata keçirilir".

"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Sabahın alimləri" VIII Respublika müsabiqəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan gənclərinin tədqiqatçılıq bacarığının, elmə marağının artırılması, xarici dilləri öyrənməsi üçün imkanlar genişləndirilir: "Bu gün Azərbaycan gəncləri ictimai-siyasi həyatda fəal iştirak edir. Gənclərin potensialından düzgün istifadə edilməsi və onun düzgün istiqamətləndirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib".

M.Vəliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, gənclərin potensialının inkişaf etdirilməsinin əsas strateji hədəflərdən biri olduğunu vurğulayıb: "VIII dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdəki problemlərə və onların həllinə yönəldir. Müsabiqədə iştirak şagirdlərin sonrakı inkişafına müsbət təsir göstərir. Belə ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 42 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olublar. Onlardan bir qismi yüksək nailiyyətlərlə ali təhsil müəssisələrində və xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi